İngilis dili aylığı çərçivəsində "Biz nə üçün İngilis dilini öyrənirik?" başlığı altında tədbir keçirilib

İngilis dili aylığı çərçivəsində "Biz nə üçün İngilis dilini öyrənirik?" başlığı altında tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Aparıcılar 10"A" sinif şagirdi Nigar Məmmədova və 8"A" sinif şagirdi Nihad Məmmədov qonaqları salamlayaraq tədbiri açıq elan ediblər. Mark Tvenin, Uilyam Şekspirin əsərlərindən, ingilis dilli ölkələrin şəkillərindən ibarət foto-stendlərlə düzəldilmiş səhnədə şagirdlər çox maraqlı çıxışlar ediblər.
Aparıcılar ingilis dilinin dünya miqyaslı dil olduğunu, onu hər bir kəsin bilməyini vurğulayıblar. 5"B" sinif şagirdləri "Scottish national dance" rəqsini, 8"A" sinif şagirdləri isə "We shall over come" mahnısını ifa ediblər. 8"A" sinif şagirdlərinin "English is a global language" mövzusunda təqdimatı çox maraqla qarşılanıb.10"B" sinif şagirdləri V.Şekspirin "Romeo və Cülyetta" əsərini səhnələşdiriblər. Şagirdlərin ifasında "Taki-Taki" və "Who says" rəqsləri tədbirə xüsusi rəngarənglik qatıb. İngilis dilində Azərbaycanın görkəmli yerləri və mədəniyyəti, Səməd Vurğunun "Azərbaycan" şeirinin söylənməsi alqışlanıb. Daha sonra Böyük Britaniyanın görkəmli və tarixi yerlərinə həsr olunmuş videoçarx izlənilib.
Sonda məktəbin direktoru Yaqut Kərimli ingilis dilində çıxış edərək dilin əhəmiyyəti, vacibliyi haqqında fikirlərini söyləyib və şagirdlərin çıxışlarını yüksək qiymətləndirərək əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.