"Musiqi Ruhun Qidasıdır" adlı tədbir keçirilib

Məktəbin musiqi müəllimi İradə Mustafayevanın təşkilatçılığı ilə "Musiqi Ruhun Qidasıdır" adlı tədbir keçirilib. Tədbirdə 5"A", 5"C", 6"A", 6"C", 7"A", 7"B", 8"A", 8"B", 8"C", 9"A", 9"B" sinif şagirdləri iştirak ediblər. Tədbir Dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında nitqi ilə davam edib. Sonra şagirdlər Müslüm Maqomayevin "Azərbaycan" , Tofiq Quliyevin "Bakı", xalq mahnısı "Küçələrə su səpmişəm", Polad Bülbüloğlunun "Gəl ey səhər" mahnılarını, skripka və pianoda Fikrət Əmirovun əsərlərini, sazda "xalq havası"nı ifa ediblər. "Qaraca qiz" filmindən rəqs, "Şuşanın dağları", "hind" rəqsləri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin sonunda məktəbin direktoru Yaqut Kərimli şagirdlərin hansı bəstəkarları dinlədikləri barədə kiçik bir sorğu aparıb. O qeyd edib ki, musiqinin tərcüməyə ehtiyacı yoxdur. Bir ölkənin musiqisini bəyənmək ölkənin dil anlayışı deyil, musiqisini duymaq deməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi