9 Noyabr-Azərbaycan Respublikası Dövlət Bayrağı Günü

9 Noyabr-Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ilə əlaqədar məktəbdə tədbirlər planı hazırlanmışdır. 05.11.2016-cı il tarixdə məktəbin müəllim və şagird kollektivi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən yürüşdə iştirak etmişlər.Məktəbin foyesində şagirdlərin bayrağa aid çəkdikləri rəsm işləri və hazırladıqları albomlardan ibarət sərgi düzəldilmişdir. Sinif təşkilat saatlarında 9 Noyabr-Azərbaycan Respublikası Dövlət Bayrağı Günü mövzusunda diskussiyalar təşkil olunmuşdur. Məktəblər arasında keçirilən “Mənim bayrağım” adlı inşa müsabiqəsində 8c sinif şagirdi Məmmədova Günel və 7b sinif şagirdi Ağamirzəyev Anar iştirak etmişlər. Bayraq günü ilə bağlı keçirilən şeir müsabiqəsində öz yaşıdları arasında 5a sinif şagirdi Baxışlı Xədicə diplomla təltif olunmuşdur. 5x sinif şagirdi Yunusov Ağaxəlil, 5c sinif şagirdi Əsədova Ləman və 7b sinif şagirdi Qəribli Fidan rəsm müsabiqəsində fəal iştirak etmişlər.08.11.2016-cı il tarixdə birinci dərs saatı “9 Noyabr-Azərbaycan Respublikası Dövlət Bayrağı Günü”nə həsr olunmuşdur.08.11.2016-cı il tarixdə məktəbdə 2ç və yuxarı sinif şagirdlərinin fəal iştirakı ilə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda ədəbi-bədii kompozisiya keçirilimişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ilə əlaqədar məktəbin informatika müəllimi Sevinc Əzimovanın hazırladığı videoçarx göstərilmişdir. Tədbirin sonunda yuxarıda adları göstərilən şagirdlərə diplomları məktəb rəhbərliyi tərəfindən təntənəli surətdə təqdim olunmuşdur.