“Ailəm və məktəbim” adlı layihənin icrası məqsədi ilə məktəbdə peşəkar mütəxəssislərlə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmri ilə təsdiq edilmiş “Ailəm və məktəbim” adlı layihənin icrası məqsədi ilə məktəbdə peşəkar mütəxəssislərlə görüş keçirilib. Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüş təmin edilib. Şagirdlərə öz peşələri haqqında məlumat verən həkim qonaqlarımız, eyni zamanda şagirdlərə öz tövsiyələrini də veriblər. Həyatda uğur qazanmaq, sağlam gələcək qurmaq, layiqli vətəndaş olmaq üçün bütün potensiallardan və zamandan məqsədə müvafiq şəkildə yararlanmağı məsləhət görüblər. Sonda şagirdlər onlar üçün maraqlı olan sualları qonaqlara ünvanlayaraq ətraflı cavablar alıblar. Görüş maraqlı və məhsuldar keçib.