Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə tədbir keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə məktəbin tarix müəllimi Elnarə Rüstəmova, rus dili müəllimləri Nuranə Dadaşova və Gülnarə Bağmanovanın təşkilatçılığı ilə "Heydər Əliyev-99" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən şagirdlər Heydər Əliyevin həyat və yaradıcılığından, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıblar. Eyni zamanda Heydər Əliyevin müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirməsindən danışılıb: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». 5"A", 6"A", 7"A", 8"B", 8"C", 9"A", 11"A" sinif şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş şeir və mahnılar səsləndirilib. Sonda Ulu Öndərin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub. Şagirdlərin Ulu Öndərə həsr etdikləri albomlardan, rəsm və əl işlərindən ibarət guşə hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi