Məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar "adlı layihənin keçirilməsi davam edir

Məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar "adlı layihənin keçirilməsi davam edir. 29.04.2022-ci il tarixində 3"X" sinif rəhbəri Zöhrə Aslanova "Təbiəti qoruyaq"mövzusunda sinif təşkilat saatı keçirib. Zöhrə Aslanova şagirdlərə məlumat verərək bildirib ki, təbiət bizim hamımızın anasıdır. Meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə zərbələr vurur, nəticədə insanların saglamlığına təhlükə yaradır. Bu səbəblərə görə təbiəti qorumaq bizim borcumuzdur. Ağacları qırmaq, heyvan və bitkilərə qulluq etməmək təbiətin məhv olmasına səbəb olur. Hər bir uşaq gərək təbiət qarşısında vəzifəsini bilsin, onu sevsin, qorusun və mühafizə etsin. Şagirdlər heyvanlar, bitkilər aləmi, nəsli kəsilmiş heyvanların qorunması haqqında məlumat veriblər. Sonda onlar hazırladıqları əl işlərini nümayiş ediblər.