"Təbiəti qoruyaq" adlı maarifləndirici tədbir keçirilib

Yaşıl layihə:"Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi məqsədi ilə 3"C" sinif rəhbəri Mehriban Əliyevanın təşkilatçılığı ilə "Təbiəti qoruyaq "adlı maarifləndirici tədbir keçirilib. Ətraf mühitin və ekologiyanın mühafizəsi, təbiətin və heyvanların qorunması haqqında şagirdlərə məlumat verilib. Aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlər "Bir kisə alma", "Tıq-tıq" xanım xalq nağılını səhnələşdiriblər. Abbas Səhhətin "Ayı və Şir" təmsili, Abdulla Şaiqin "Uşaq və dovşan", "Keçi", "Ayı və Tülkü" şeirlərini söyləyiblər. Qənbər Hüseynlinin "Cücələrim" mahnısı, "Ağacda Leylək" xalq mahnısını ifa ediblər. Şagirdlər tədbirin sonunda nəsli kəsilmiş və "Qırmızı Kitab"a düşmüş heyvanlar haqqında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Şagirdlərin çıxışları çox bəyənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi