"Valideynin məktəbdə bir günü" adlı tədbir keçirilmişdir

Bakı şəhəri üzrə Təhsil İdarəsinin F- 145 əmrinə əsasən "Ailəm və məktəbim" layihəsinin icrasını təmin etmək məqsədi ilə 29.04.2022-ci il tarixində məktəbimizdə "Valideynin məktəbdə bir günü" adlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlığının təmin olunması, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi üzrə rəy və təkliflərin verilməsi, müəllimlərlə ünsiyyətin qurulması, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılması, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarət olmuşdur. Valideynlər dərslərdə oturub dərs prosesini izləmiş, məktəbin kitabxanası, bufeti, idman zalı, kabinetlərlə tanış olmuşlar. Valideynlər məktəbin psixoloqu Ulduz Cabbarova və tibb bacısı Səbinə Kərimova ilə görüşmüş, öz fikirlərini bildirmişlər. Sonda valideynlərə rəylərini bildirmək üçün sorğu vərəqləri verilmişdir. Vərəqlər təklif qutusuna atılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi