Şagirdlərimiz "Qobustan milli tarixi-bədii qoruğu" və "Qobustan muzeyi"nə ekskursiya ediblər

Sinif müəllimi Nailə Qədirovanın təşkilatçılığı ilə 2"B" sinif şagirdləri "Qobustan milli tarixi-bədii qoruğu" və "Qobustan muzeyi"nə ekskursiya ediblər. Şagirdlər ilk olaraq Qobustan Dövlət Qoruğunda və muzeydəki tarixi səhnələrdəki həyat tərzi ilə tanış olublar. Qayaüstü rəsmlər, qaval daşları şagirdlərdə xüsusi marağa səbəb olub. Ekskursiyada bələdçi tərəfindən maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Şagirdlər Azərbaycan dili dərsində keçdikləri "Sirli hekayə" mövzusunu ekskursiyada canlı şəkildə gördükləri üçün məmnun qaldıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi