"Yaşıl həyat" Təbiəti qoruyaq!" layihəsi çərçivəsində 2"A" sinfində "Yaşıl sinif" adlı sinif təşkilat saatı keçiriliıib

2"A" sinif rəhbəri Zəhra Muradova layihəyə qoşularaq sinif şagirdləri ilə birgə "Yaşıl sinif" adlı təşkilat saatı keçirib. Təşkilat saatının keçirilməsində məqsəd şagirdlərdə təbiətə sevgini aşılamaq, onu çirklənmədən qorumaq, bitkilərə düzgün qulluq etməkdən ibarət olub. Təşkilat saatında şagirdlərin əl işləri və dibçək güllərdən ibarət hazırladıqları guşə böyük maraq yaradıb. Şagirdlərin çıxışlarında qeyd olunub ki, təbiət bizim evimizdir və biz onun kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Ona görə də onu qorumaq hər birimizin borcudur. Məktəbin direktoru Yaqut Kərimli şagirdlərin əl işlərini yüksək qiymətləndirib və 2"A" sinfi "Yaşıl sinif" adına layiq görülüb.