Məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib. Fənn müəllimi Afət Balabəyovanın təşkilatçılığı ilə 8"A" sinif şagirdlərinin hazırladıqları təqdimatlar nümayiş olunub. Akademik Zərifə Əliyevanın həyat yolu və elmi yaradıcılığı, tibb elminin inkişafında müstəsna rolu haqqında təqdim olunan slaydlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Sonda Zərifə Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr haqqında videoçarx nümayiş olunub.