"Koordinasiya və müvazinətin inkişaf etdirilməsi" mövzusunda nümunəvi dərs keçirilib

5a sinfində fiziki tərbiyə fənni üzrə "Koordinasiya və müvazinətin inkişaf etdirilməsi" mövzusunda nümunəvi dərs keçirilib. Əvvəlcə çeviklik hərəki qabiliyyətində koordinasiya və müvazinət haqqında şagirdlərə məlumat verilib. Qeyd olunub ki, basketbol və bu kimi oyunlar çevikliyi daha da artırır. Sonra şagirdlər komandalara bölünüb və yarışma keçirilib. Dərsin sonunda qalib komandalar və çevik şagirdlər qiymətləndirilib.