Şagirdlərimiz tarixi abidələrimizə və İncəsənət muzeyinə ekskursiya etdilər

18 Aprel-Beynəlxalq Abidələr Günü münasibəti ilə 3"B" sinif şagirdləri sinif müəllimi Fərqanə Mirzəyevanın təşkilatçılığı ilə bir neçə tarıxı abidələrimizə və İncəsənət muzeyinə ekskursiya etdilər. Azərbaycanın, eləcə də dünyanın ən möhtəşəm və sirli memarlıq abidələrindən olan Qız Qalası və Şirvanşahlar Saray kompleksində şagirdlər bir daha tariximiz haqqında geniş və maraqlı məlumatlar əldə etdilər . Sonra şagirdlər İncəsənət muzeyində oldular .Burada nümayış etdirilən əsərlər, min bir çeşidli xalçalar, gözəl, qədim, incə zövqlə hazırlanmış eksponatlar şagirdlərin çox xoşuna gəldi. Tarıxı abidələrimizi və muzeylərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədi ilə təşkil olunmuş bu ekskursiya şagirdlərin böyük marağına səbəb oldu.