"Yaşıl Layihə" ilə əlaqədar məktəbin həyətyanı sahəsində sinif təşkilat saatı keçirildi

"Yaşıl Layihə" ilə əlaqədar məktəbin həyətyanı sahəsində 7"A" sinfinin rəhbəri Gülsüm Hacıyeva "Təbiəti qoruyanlar" mövzusunda sinif təşkilat saatı keçirtdi. O, məktəb ağaclarına qonan quşlar üçün yuvaların tikilməsi, sahibsiz heyvanlara qayğı və düzgün münasibətin aşılanması, əkilən güllərə və bitkilərə şagirdlər tərəfindən qulluq edilməsi qaydalarını izah etdi. Gülsüm Hacıyeva şagirdlərə ekologiya və ətraf mühit haqqında maraqlı məlumatlar verdi. Məktəblilər böyük həvəslə məktəbin həyətyanı sahəsindəki ağaclara qulluq etdilər, quşlar üçün hazırladıqları qəfəsləri agaclara bərkitdilər. Onların təbiətə, canlılara olan böyük maragı aydın hiss olunurdu. Açıq havada keçirilən təşkilat saatı şagirdlərin böyük marağına səbəb oldu.