22 Aprel - Ümumdünya Yer Kürəsi Günü ilə əlaqədar "dəyirmi masa" keçirilib

22 Aprel - Ümumdünya Yer Kürəsi Günü ilə əlaqədar məktəbin coğrafiya müəllimi Dəmirçiyeva Esmira 8"A" və 6"C" sinif şagirdləri ilə birgə "dəyirmi masa" keçirib. 8"A" sinif şagirdləri Dadaşova Fatimə, Nağıyeva Aysu, Məmmədli Fatimə, Xuduzadə Salatın, Məmmədova Fatimə hazırladıqları təqdimatları şagirdlərə təqdim ediblər. Onlar qeyd ediblər ki, aprelin 22-si böyük bir bayram kimi, BMT-in himayəsi ilə bizim hamımızın doğma evi - Beynəlxalq Ana - Yer kürəsi günü kimi qeyd olunur. Bu bayram 22 aprel 2009-cu ildə BMT-in Baş Assembleyasının 63-cü sessiyasında təsis edilmişdir və 2010-cu ildən başlayaraq hər il 22 aprel - Beynəlxalq Ümümdünya Yer kürəsi kimi qeyd olunur. Esmira Dəmirçiyeva öz çıxışında vurğulayıb ki, 1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb və 192-dən çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Sonda iştirakçılar qeyd ediblər ki, Yer kürəmizi, öz yurdumuzu-yuvamızı qorumaq hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi