"Oxu günü" ilə əlaqədar "23 Aprel Beynəlxalq Kitab Günü" adlı tədbir keçirilmişdir

Tədbirlər Planına uyğun olaraq məktəbdə "Oxu günü" ilə əlaqədar "23 Aprel Beynəlxalq Kitab Günü" adlı tədbir keçirilmişdir. Tədbir kitabxanaçı Mehparə Hacıyeva və 3"C" sinif rəhbəri Mehriban Əliyevanın təşkilatçılığı ilə hazırlanmış, 3"C", 8"C" sinif şagirdləri tərəfindən təqdim olunmuşdur. 8"C" sinif şagirdləri Aysu Abdullayeva və Əsgərli Gülay çıxış edərək maraqlı və zəngin tarixi yol keçən kitabın yaranması və təşəkkülündə bir sıra amillərin mühüm rol oynamasını qeyd etmiş, eyni zamanda dini kitabımız Qurani Kərimin nəşri haqqında məlumat vermişlər. Şagirdlər Xanımana Əlibəylinin "Kitab", Mirmehdi Seyidzadənin "Dostum", Hikmət Ziyanın "Kitab " şeirlərindən parçalar söyləmişlər. 3-cülərin Tofiq Quliyevin "Vals" və " Şuşanın dağları" mahnısını rəqs etmələri alqışlarla qarşılanmışdır. "Cırtdan" nağılının personajları, "Bir qalanın sirri" filmindən "Elşən və Həkim baba" obrazları şagirdlər tərəfindən səhnələşdirilmişdir. Səhnədə 3"C" sinif şagirdi Nəzrin İslamova "Kitab mələyi" obrazını yaratmışdir. Tədbir "Vətən" mahnısının ifası ilə yekunlaşmışdır. 3"C" sinif şagirdlərinin əl işlərindən ibarət kitab guşəsi maraqla qarşılanmışdır. Məktəbin direktoru Yaqut Kərimli sonda çıxış edərək tədbir haqqında fikirlərini bildirmiş və iştirakçılara kitab hədiyyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi