"Azərbaycan təbiətinin qorunması" mövzusunda nümunəvi dərs aparılıb

3"B"sinfində Həyat bilgisi fənni üzrə "Azərbaycan təbiətinin qorunması" mövzusunda nümunəvi dərs aparılıb. Dərs təbiətin sirlərinə daha dərindən bələd olmaq və hər bir zaman təbiəti qorumaq ideyasını şagirdlərə obrazlı şəkildə mənimsətmək məqsədilə təşkil olunub. Şagirdlər mövzu əsasında çıxış edərək qeyd ediblər ki, təbiətin qorunması, mühafizə olunması borcumuzdur. Doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıyıq. Zəngin təbiətimiz haqqında aparılan geniş araşdırmalardan, toplanan məlumatlardan istifadə edərək bir-birindən maraqlı təqdimatlar hazırlanıb. "Təbiətimizin qorunması hər birimizin borcudur" devizi altında üçüncülər layihəni məktəbin həyətində qızılgül kolları əkərək başa çatdırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi