Xətai Rayon Gənclər və İdman İdarəsi və məktəbimizin birgə təşkilatçılığı ilə nitq qüsurlu sinif şagirdləri "KÖNLÜM KEÇİR QARABAĞDAN!" adlı ədəbi-musiqili kompozisiya keçirib

Xətai Rayon Gənclər və İdman İdarəsi və məktəbimizin birgə təşkilatçılığı ilə nitq qüsurlu sinif şagirdləri "KÖNLÜM KEÇİR QARABAĞDAN!" adlı ədəbi-musiqili kompozisiya keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Şuşa haqqında videoçarx nümayiş olunub. Şagirdlər vətənə, Qarabağa, Şuşaya aid şeirlər söyləyiblər. 6"X" sinif şagirdləri "Ulduz" filmindən Məhəmməd, Züleyxa, Möhsüm və Nazik obrazlarını səhnələşdirərək nümayiş etdiriblər. "Uzundərə", "Ləzginka", "Ritm", "Şuşanın dağları" musiqi sədaları altında ifa edilən rəqslər tamaşaçılarda yüksək əhval ruhiyyə yaradıb. 3"X" sinif şagirdləri idman oyunu nümayiş etdiriblər. Tədbirdə şagirdlər müxtəlif ölkələrin geyimlərini nümayiş etdiriblər. Qeyd edək ki, şağirdlərin əl işlərindən və rəsmlərindən təşkil olunmuş sərgi böyük marağa səbəb olub. Məktəbin direktoru Yaqut Kərimli və Xətai rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mamed Rzayev çıxış edərək xüsusi siniflərdə təhsil alan şagirdlərə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd ediblər. Tədbirin sonunda iştirakçılara Xətai rayon Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elvin Orucov və aparıcı məsləhətçi Tural Əhmədli tərəfindən diplom təqdim olunub və xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi