Şagirdlərimiz Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına səyahət ediblər

19.04.2022 tarixində kitabxanaçı Mehparə Hacıyeva, sinif müəllimi Mehriban Əliyeva və 3"C" sinif şagirdləri Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına səyahət ediblər. Burada şagirdlər böyük və kiçik oxu zalı, nağıl otagı ilə tanış olublar. Kiçik oxu zalı ibtidai sinif şagirdlərinə xidmət edir. Zalda Azərbaycan, türk, rus, ingilis dillərində kitablar var. Burada şagirdlər 3D, danışan kitablar, gözdən əlil uşaqlar üçün brayl əlifbası ilə olan kitablarla tanış olublar. Sonda şagirdlər vaxtlarını əyləncəli keçirmək üçün yappuzlardan istifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi