"18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" mövzusunda "dəyirmi masa" keçirilıb

18 aprel 2022-ci il tarixində məktəbin kitabxanasında "18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" mövzusunda "dəyirmi masa" keçirilıb. "Dəyirmi masa"da 6"C" sinfinin şagirdləri iştirak ediblər. Şagirdlər bu əlamətdar günün yaranma tarixindən və əsas məqsədi olan abidələrin və tarixi yerlərin qorunması yolunda aparılan tədbirlər haqqında məlumat veriblər. Şagirdlərin çıxışlarında mədəni irsin hər bir xalqın həyatındakı rolundan danışılıb. Azərbaycan Respublikasında tarixi abidələrin qorunması, azad olunmuş torpaqlarımızdakı abidələrin bərpası sahəsində görülən işlər və bu işlərdə ölkə rəhbərliyinin böyük rolu xüsusilə vurğulanıb. Sonra şagirdlərin vətənimizdəki ayrı-ayrı tarixi abidələr və yerlər haqqında hazırladıqları slayd və maraqlı faktlar diqqətlə izlənilib.