Şagirdlərin Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyası təşkil edilib

6"C" sinif şagirdlərinin Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyası təşkil edilib. Əvvəlcə şagirdlər qoruğ ərazisində yaradılan muzeyin zəngin eksponatları ilə tanış olublar, Orta Daş Dövründə qədim insanların həyat tərzini əks etdirən daş, ağac və sümük əmək alətlərini, ovladıqları heyvanların maketlərini diqqətlə izləyiblər. Sonra tarixi bədii qoruğun ərazisindəki böyük qaya parçaları, üzərində qədim rəssamların rəsmləri, mağaraları, su saxlamaq üçun çuxurları və digər maraqlı yerləri ilə tanış olublar.