12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı sinif təşkilat saatı keçirilib

12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı 1"C" sinfində sinif müəllimi Vüsalə Həsənovanın rəhbərliyi ilə sinif təşkilat saatı keçirilib.
V. Həsənova kosmonavtika ilə bağlı şagirdlərə məlumat verib və qeyd edib ki, 1961-ci ilin 12 aprel günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisi ilə orbitə çıxaraq Yer kürəsi ətrafında dövr edib və hal-hazırda bir çox ölkələr tərəfindən bu gün qeyd olunur. Eyni zamanda azərbaycanlı general Kərim Kərimov haqqında ətraflı məlumat verərək qeyd edib ki, General Kərim Kərimov əfsanəvi şəxsiyyət, sovet kosmik proqramlarının qurucularından biri olub və bu adamın fəaliyyətləri Amerikanın NASA agentliyinin nəzərindən yayınmayıb. Sinif saatında şagirdlər mövzu ilə bağlı rəsm çəkib, əl işlərindən ibarət sinif guşəsi hazırlayıblar. Sinif saatı çox maraqlı keçib.