"Sağlam həyat" günləri adlı müsabiqədə müəllim və şagirdlərimiz yüngül atletika üzrə qalib olmuşlar

10.04.2022-ci il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyi "Sağlam həyat" günləri adlı müsabiqə təşkil etmişdir. Yüngül atletka üzrə müxtəlif yaş qruplarında keçirilən "Sağlam həyat "gündəliyi müsabiqəsində məktəbin fiziki tərbiyə müəllimi İslamov Elsevər Eldar oğlu, 3"C" sinif şagirdi İslamova Nəzrin Elsevər qızı və 1"B" sinif şagirdi İslamova Lamiyə Elsevər qızı iştirak edərək bütün normativləri yerinə yetirərək qalib olmuşlar. Müsabiqənin sonunda iştirakçılarımız Gənclər və İdman Nazirliyi tərəfindən "Qızıl" sertifakata layiq görülmüşlər.