Şagirdlərin icbari dispanserizasiyasının həyata keçirilməsi sahəsində tədbirlər davam etdirilir

Şagirdlərin icbari dispanserizasiyasının həyata keçirilməsi sahəsində tədbirlər davam etdirilir. Bu gün ərazi üzrə tibb poliklinikasının həkimləri cərrah Lalə Hüseynova, nevropotoloq Nailə Bünyatova, oftalmoloq Fatimə Qədimova , otorinolarinqoloq Fərzanə Şəbüstari və məktəbin tibb bacısı Səbinə Kərimova uşaqlar arasında yaranmış müxtəlif cür xəstəliklərin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə tibbi baxış keçiriblər. Aşkar olan xəstə uşaqları müayinəyə göndərmək üçün ərazi üzrə tibb poliklinikasına göndərişlər verilib.