"Mina təhlükəsizliyi" adlı tədbir keçirilib

06.04.2022-ci il tarixində təşkilatçı Mətanət Əsgərova və məktəbin Hərbi rəhbəri Fərqanə Hüseynova "Mina Təhlükəsizliyi" adlı tədbir keçirib.Tədbirdə V-VIII sinif şagirdləri iştirak ediblər. Cəbhəyanı bölgələrdə, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsizliyi qaydalarına əməl olunması haqqında söhbət aparılıb və təqdimat nümayiş olunub. O cümlədən 2021-ci il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmış ərazinin Minalardan Təmizləmə Aqentliyi "ANAMA" barəsində də məlumat verilib. Sonda mövzu barədə şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsini əks etdirən plakatlar böyük marağa səbəb olub.