"Dördgünlük müharibə" adlı anım tədbiri keçirilib

05.04.2022-ci il tarixində məktəbin akt zalında "Dördgünlük müharibə" adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlanıb. Aprel döyüşləri və bütünlüklə şəhid olmuş vətən övladlarının xatirəsi yad edilib. Tədbirdə təşkilatçı Mətanət Əsgərova və məktəbin coğrafiya müəllimi Esmira Dəmirçiyevanın rəhbərliyi ilə 3"B", 3"C", 5"A", 6"C", 7"A", 7"B", 7"C" sinif şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər. Aprel döyüşlərinin dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdiyini və bu qələbənin igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu qeyd ediblər.
Şagirdlərin ifasında "Xudayar Təsnifi", Çingiz Mustafayevin "Ana, mən şəhid oldum", "And İçirik", Azərbaycan Ordu Marşı -Şəmistan Əlizamanlının mahnıları səsləndirilib.
Tədbirə dəvət edilmiş Xətai rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məslətçisi Mamed Rzayev çıxış edərək gənclərin vətənpərvərliyindən, Azərbaycan döyüşçülərinin gücü və əzmindən, qələbəyə inamından söhbət açıb.
Tədbir Aprel döyüşlərinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb. Məktəbin foyesində şagirdlərin Aprel döyüşləri mövzusunda rəsmlər və əl işlərindən ibarət sərgi və Aprel şəhidləri haqqında fotostend hazırlanıb.