"31 Mart Soyqırımını Unutmayaq" adlı anım tədbiri keçirilib

30 mart 2022-ci il tarixində məktəbin akt zalında "31 Mart Soyqırımını Unutmayaq" adlı tədbir keçirilib. Soyqırım qurbanlarının, eləcə də şəhidlərimizin əziz xatirəsi yad edilib. Tədbirdə məktəbin tarix müəllimi Elnarə Rüstəmovanın təşkilatçılığı ilə, 9"B", 7"A", 7"B", 6"C" və 5"A" sinfinin şagirdləri fəal iştirak ediblər. Onların ifasında təqdim olunan səhnəciklərdə və təqdimatlarda ermənilərin 200 ildən artıq xalqımızın başına gətirdikləri dəhşətli vəhşiliklərdən, havadarların hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almaq məqsədilə zaman-zaman soyqırımlar və deportasiyalar haqqında ətraflı məlumat verilib.

Çıxışlarda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı" haqqında 26 mart 1998-ci il tarixli fərmanı və beləliklə, soyqırımlara siyasi qiymət verildiyi xüsusi vurğulanıb. Eyni zamanda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində həm torpaqlarımızın azad edildiyi, həm də şəhidlərimizin və soyqırım qurbanlarının qisasinın alındığı qeyd edilib. 31 Mart soyqırımına aid videoçarx şagirdlər tərəfindən diqqətlə izlənilib.

Sonda məktəbin direktoru Yaqut Kərimli çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır. O, şagirdlərə xalqımıza qarşı aparılan soyqırımları və şəhidləri unutmamağı tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi