31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə "dəyirmi masa" keçirilib

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə "dəyirmi masa" keçirilib. Azərbaycan Respublikasının Dövlət himni ilə açılan tədbirdə 1918-ci ildə törədilən qırğınlarda həlak olanların və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi Ülviyyə Zaidova çıxış edərək Azərbaycan xalqının əsrlərlə erməni təcavüzünə məruz qaldığını, soydaşlarımızın dəfələrlə ermənilər tərəfindən soyqırımına düçar olduğunu diqqətə çatdırıb. Həmçinin, Ulu Öndər Heydər Əliyevin bu faciələrə siyasi qiymət verərək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdığını və həmin günün Azərbaycanlıların soyqırımı günü elan edilməsi kimi qeyd edilməsi barədə məlumat verib. 8 "C" sinif şagirdləri Abdullazadə Aysu 1918-ci ildə Bakıda baş vermiş hadisələr haqqında, Cəfərova Mələk Quba soyqırımı haqqında, Əsgərli Gülay Naxçıvan bölgəsində baş vermiş qətliamlar haqqında məlumat veriblər. Sonda soyqırıma aid videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi