"Bahar çələngi" layihəsi çərçivəsində "Əsgərə sovqat" sosial aksiyası təşkil olunub

"Bahar çələngi" layihəsi çərçivəsində "Əsgərə sovqat" sosial aksiyası təşkil olunub. Aksiya çərcivəsində məktəbin hərbi rəhbəri Fərqanə Hüseynova N saylı hərbi hissədə əsgərlərlə görüşüb. Görüşdə Vətənin keşiyində dayanan əsgərlərimizə bayram sovqatı və şagirdlərin onlara yazdığı məktublar təqdim olunub. Məktəb rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan aksiyada şagirdlər və valideynlər fəal iştirak edib. Aksiyada iştirak edənlərə məktəbimiz və əsgərlərimiz adından təşəkkür edirik.