Ekologiya və şağlamlıq mövzusunda "dəyirmi masa" keçirilib

"Ekologiya və sağlamlıq” mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirin təşkilatçısı olan coğrafiya müəllimi Gülsüm Hacıyeva mövzunun aktuallığını əks etdirən ətraflı məruzə ilə çıxış edib. 10 "B" sinif şagirdi İsmayilov Nihad "Neftimizdən daha səmərəli istifadə edək" adlı təqdimatla çıxış edib. O öz çıxışında çox böyük maraqla neft və ekologiya ilə bağlı fikirlərini ifadə edib və onu həyata keçirərsə Vətənimizə daha çox gəlir gətirə biləcəyini vurğulayıb. O eyni zamanda ətraf mühitin insan sağlamlığına müsbət və mənfi təsiri haqqında geniş məlumatlar verib. "Dəyirmi masa"nın sonunda mövzuya həsr olunan təqdimat nümayiş olunub.