"Bahar çələngi" layihəsi çərçivəsində şagirdlərimiz tamaşa hazırlayıb

Şagirdlərimizi Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə "Bahar çələngi" adlı layihənin Tədbirlər planına uyğun olaraq 3"B" sinif rəhbəri Fərqanə Mirzəyevanın rəhbərliyi ilə aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərin iştirakı ilə milli dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında "Keçəl və Kosa" adlı tamaşa nümayiş olunub.