"Şuşalı Novruz" adlı bayram şənliyi keçirilib

İbtidai sinif müəllimi Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbin akt zalında təşkil olunan "Şuşalı Novruz" adlı bayram şənliyi Bahar qızın çıxışı ilə açıq elan olunub. Tədbirin iştirakçıları, 3"C" sinif şagirdləri çərşənbələrdən, maraqlı adət və inanclardan danışıb, “Bənövşə”, “Mən baharın qızıyam”, “Ağ çiçəyim” rəqslərini ifa edib, bayramla bağlı mahnı və şeirlər söyləyiblər, əyləncəli oyunlar göstəriblər. Daha sonra Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb, məclisə xoş abu-hava bəxş ediblər. Şagirdlərin Novruzla bağlı göstərdikləri səhnəcikləri tamaşaçılara xoş təsir bağışlayıb.Tədbir tamaşaçıların alqışlarıyla Paşayev Ömərin ifasında "Xudayar təsnifi" ilə yekunlaşıb. Məktəbin direktoru Yaqut Kərimli tədbirdə iştirak edən hər kəsi bayram münasibətilə təbrik edib. #baharçələngi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi