2-ci siniflərdə "İfadəli oxu" müsabiqəsi təşkil olunub

İstedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədi ilə 14.03.2022-ci il tarixdə 2-ci siniflər arasında "İfadəli oxu" müsabiqəsi keçirilib. Müsabiqədə məktəb rəhbərliyindən və ibtidai sinif müəllimindən təşkil olunmuş komissiya tərəfindən 2"A", 2"B", 2"C" sinfinin fəal şagirdlərinin ifadəli oxu qabiliyyəti yoxlanıb. Müsabiqənin qalibi 2"A" sinif şagirdi Paşayeva Leyla olub. Digər yerləri müvafiq olaraq 2"C" sinif şagirdləri Ələkbərzadə Ayxan və Sadıqova Əsma qazanıblar. Qaliblər diplomlarla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.