Tədbirlər Planına uyğun olaraq "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə" həsr olunmuş "dəyirmi masa" keçirilib

Məktəbdə Tədbirlər Planına uyğun olaraq “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə" həsr olunmuş" dəyirmi masa" keçirilmişdir. Giriş sözü ilə çıxış edən məktəbin dil-ədəbiyyat müəllimi Ziyafət Bağırova qeyd etmişdir ki, azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur və 8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır. Həmçinin qeyd etmişdir ki, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi mühim elmi-pedoqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Riyaziyyat müəllimi Zərfə Əliyeva doğma el-obasında yaşadığı zaman məktəblərinin yaranma tarixi, onun yetişdirmələrinin çox əziyyətlər çəkdiklərini bildirdi. Kitabxanaçı Zəhra Qarayeva isə ata-babasının ermənilər tərəfindən necə haqsızlıqlara, zorakılıqlara məruz qaldıqları haqqında məlumat verdi. Sonda şagirdlərə tövsiyyə edildi ki, millətimizi sevməli, mənfur düşmənə nifrət, elm və bilik qazanaraq daha da irəli getmək lazımdır.