Kimya-biologiya aylığı çərçivəsində "Qarabağın biomüxtəlifliyi" mövzusunda "dəyirmi masa" keçirilib

Kimya-biologiya aylığı çərçivəsində "Qarabağın biomüxtəlifliyi" mövzusunda "dəyirmi masa" keçirilib. Fənn müəllimi Afət Balabəyova Qarabağın flora və fauna müxtəlifliyi: işğaldan əvvəlki və mövcud vəziyyəti, Qarabağın dərman bitkiləri haqqında şagirdlərə məlumat verib. Sonra 8"A" sinif şagirdlərinin hazırladıqları təqdimatlar nümayiş olunub. Şagirdlər təqdimatda İkinci Qarabağ müharibəsi şəhidlərinin simvolu olan "Xarı bülbül" haqqında rəvayət, Qarabağın çoxillik ot bitkisi olan "dağ laləsi", eyni zamanda ağcaqayın, çinar, Qarabağ üzümü, Qarabağı zirvəyə yüksəldən "Qarabağ atları", "Əbabil quşu", turac, kəklik quşları haqqında məlumatlarla tanış olublar. Hazırlanmış təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi