"İdman həftəsi" proqrama uyğun olaraq davam edir

"İdman həftəsi"nin 4-cü günündə şagirdlərimiz müxtəlif yarışmalarda özlərini sınayıblar. Belə ki, 2"A" və 3"B" siniflərində bədii gimnastika yarışması keçirilib. Qüvvə qabiliyyətinin orqanizmə təsiri haqqında şagirdlərə informasiya verilib. Qüvvə qabiliyyətinin şagirdlər arasında müəyyənləşdirilməsi məqsədi ilə 5"C", 6"C", 7"C", 10"A" siniflərində müxtəlif hərəkətlərdən istifadə edilib. İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları mövzusunda şagirdlər təqdimat hazırlayıblar. 3"B", 3"C", 4"C"sinif şagirdləri idman mövzusunda rəsm və əl işlərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi