Şagirdlərin Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub

Tədbirlər planına uyğun olaraq İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə əlaqədar sinif rəhbəri Telnaz Teymurovanın rəhbərliyi ilə 5"A" sinif şagirdlərinin görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub. Uşaqlar kitabxananın bütün şöbələrində olublar, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə ediblər. Kitabxananın əməkdaşı uşaqlara maraqlı olan bütün sualları cavablandırıb. Uşaqlar kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıliblar.