1 mart "Mülki Müdafiə Günü" ilə bağlı tədbir keçirildi

1 mart "Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Tədbirdə şagirdlərin çəkdikləri rəsm işləri və düzəltdikləri maketlərdən ibarət sərgi nümayiş olundu. Məktəbin tibb bacısı Səbinə Kərimova 5"A", 6"A",6"C", 5"C", 4"C", (8/9)"X",9"A" sinifləri ilə söhbət edərək şagirdlərə fövqəladə hallar baş verdikdə hansı tibbi xidmətlərdən istifadə etmək, fövqəladə hallar zamanı baş verən qəzalarda vəziyyətə uyğun olaraq ilk tibbi yardım göstərmə haqqında məlumat verdi. Fəlakətlər zamanı könüllülərin rolu və pandemiya ilə mübarizədə görülmüş bütün tədbirlər barədə şagirdləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi