"İdman həftəsi" ilə bağlı tədbirlər keçirilir

28 fevral – 4 mart 2022-ci il tarixlərində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində "İdman həftəsi" nin ümumtəhsil müəssisələrində keçirilməsi məqsədilə hazırlanmış proqrama uyğun olaraq 28.02.2022-ci il tarixində 5"A" və 9"B" siniflərində gimnastika, 01.03.2022-ci tarixində 5"C" və 8"B" siniflərində qüvvə hərəkətli gimnastika yarışı, 7"B" sinfi ilə məktəbin həyətində qaçış marafonu keçirilib. Qeyd edək ki, həftə ərzində proqrama uyğun olaraq maarifləndirmə, görüşlər, müsabiqələr, yarışlar, tədbirlər təşkil ediləcək. Məktəbimizin psixoloqu Ulduz Mollayeva yarışdan əvvəl idmançıların hazırlığının psixoloji yanaşması ilə bağlı və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması mövzusunda söhbət aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi