IX siniflərdə keçirilmiş monitorinqin nəticələri ilə bağlı iclas keçirilib

Fevralın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.02.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticələri şagirdlərin valideynləri ilə təhlil olunub. Məktəb rəhbərliyi tərəfindən təşkil olunmuş valideyn iclasının keçirilməsində əsas məqsəd buraxılış siniflərində şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi barədə valideynlərlə söhbət aparmaq olub.