İnformatika aylığı çərçivəsində "Zaman maşını" adlı tədbir keçirildi

İnformatika aylığı çərçivəsində məktəbin informatika müəllimləri Elmira Fərzullayeva, Sevinc Əzimovanın rəhbərliyi və 6"A", 6"B" sinif şagirdlərinin iştirakı ilə "Zaman maşını" adlı tədbir keçirildi.
Şagirdlər "Zamanın maşını" ilə keçmişə və gələcəyə səyahət edərək obrazlı şəkildə keçmişlə gələcək arasında körpü yaratdılar. Onlar kompüterin yaranma tarixi, keçdiyi inkişaf mərhələlərini göstərməklə yanaşı, gələcəkdə hansı inkişaf səviyyəsinə yüksələcəyini də çox maraqlı formada nümayiş etdirdilər. Tədbirdə şagirdlərin hazırladıqları təqdimatda dilbər guşəmiz olan Qarabağın gələcəkdə necə gözəlləşməsini göstərən videoçarx nümayiş olundu. Gecənin sonunda informatika üzrə bilik və bacarıq yarışması keçirildi.
Qeyd edək ki, tədbirdə kompüterin müxtəlif növləri ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu.