"Xocalı soyqırımı - qan yaddaşımız" adlı "dəyirmi masa" keçirilib

7"A" sinfində sinif rəhbəri Gülsüm Hacıyevanın rəhbərliyi ilə "Xocalı soyqırımı-qan yaddaşımız" adlı "dəyirmi masa" keçirilib. Şagirdlər Xocalı soyqırımı, işğalçı erməni ordusunun etdikləri vəhşiliklər haqqında danışıblar, şeirlər, bayatılar söyləyiblər. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Sonda Ulu Öndər Heydər Əliyevin Xocalı faciəsi haqqında söylədikləri sözlər səslənib və Prezident İlham Əliyevin çıxışını əks etdirən videoçarx nümayiş olunub. Şagirdlər tədbirdən sonra tər qərənfillərlə "Ana harayı" abidəsini ziyarət ediblər.