Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Xocalı faciəsi-30 il" adlı ədəbi-bədii kompozisiya keçirilib

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Xocalı faciəsi-30 il" adlı ədəbi-bədii kompozisiya   keçirilib.
Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 8"B" sinif şagirdləri Xocalı faciəsinin tarixindən danışıb,  fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığını və fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyünü bir daha şagirdlərin diqqətinə çatdırıblar. Qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfər əsir götürüldüyü bildirilib. 3"A", 3"B", 3"C" sinif şagirdləri Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər. Tədbirin sonunda Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənlərimizi heç zaman unutmamaq səsləndirilib və Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi