21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş musiqili ədəbi-bədii kompozisiya keçirilib

Tədbirlər planına uyğun olaraq 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş musiqili ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Tədbir iştirakçıları səhnəyə əllərində "Ana dilini sevək və sevdirək" şüarı ilə çıxıblar. Tədbirin təşkilatçısı Telnaz Teymurovanın rəhbərlik etdiyi 5"A" sinif şagirdləri doğma dilimizin şirinliyinə, saflığına aid seirlər, kəlamlar söyləyiblər. Şagirdlərin ifasında Tofiq Bayramın və Xəlil Rza Ulutürkün "Ana dili" şeiri, Dədə Qorqud Babanın səhnəyə gəlişi və xeyir duası, müdrik kəlamları, Ağa Məhəmməd Şah Qacar və Molla Pənah Vaqifin dilimiz haqqında dialoqu böyük məharətlə söylənilib. 3"A", 3"B", 3"C" sinif şagirdləri tədbirə rəngarənglik qataraq nəlbəki rəqsini ifa ediblər. Musiqi müəllimi Safura Qarayevanın müşayiəti ilə Emin Sabitoğlunun “Şirin dil” mahnısı ifa olunub. Ulu öndər Heydər Əliyevin ana dili haqqında söylədiyi kəlamlar səsləndirilib. Ali Baş Komandan, prezident İlham Əliyevin "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik" sözləri ilə tədbir sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi