Şagirdlərimizin İnteraktiv Elm Muzeyinə ekskursiyası təşkil edilib

İnformatika aylığı çərçivəsində məktəbin informatika müəllimləri Elmira Fərzullayeva və Sevinc Əzimova 8-ci sinif şagirdlərinin İnteraktiv Elm Muzeyinə ekskursiyasını təşkil etdilər. Şagirdlər muzeydə keçirdikləri 2 saat müddətində eksponatlar haqqında muzeyin yaradıcısı Elçin Abbasovdan geniş məlumatlar aldılar. Ölkədə yeganə olan bu muzeydə şagirdlər kitabda oxuduqlarını real olaraq təcrübədə görə bildilər. Printerin iş prinsipi, hesablama qurğuları, səs dalğaları, dronlar, elektromaqnetizm, Tesla babini və bir çox fiziki eksperimentlərlə yaxından tanış oldular.