Ana Dili Günü münasibətilə dəyirmi masa keçirilib

21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə bağlı məktəbin kitabxanaçısı M.Hacıyeva şagirdlərlə birlikdə "dəyirmi masa" keçirib. 8"C" sinif şagirdləri dilimizin tarixindən, müxtəlif təcavüzlərə məruz qalmasından və dilimizin dövlət statuslu dillər arasında olmasından bəhs etdilər. 8"A" sinif şagirdləri dilimizin ahəngi, səlisliyi, axıcılıgı və musiqililiyi ilə dünya dilləri içərisində özünəməxsus yer tutmasından danışdılar. 6"B" sinif şagirdi Bagırlı Leyla B.Vahabzadənin "Ana dili" şeirini, 4"C", 3"B" sinif şagirdləri isə Tofiq Bayramın "Ana dilim" şeirini söylədilər. Sonda tədbir iştirakçıları videoçarx izlədilər.