18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqillik Günü

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibəti ilə məktəbimizdə bir sıra tədbirlər keçirilmişdir. Bütün siniflərdə təşkilat saatları, fənn metodbirləşmə iclasları 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqillik Gününün 25 illik yubileyinə həsr edilmişdir. Məktəbin foyesində məktəbin V (nitqi qüsurlu) sinif şagirdi Yunusov Ağaxəlil Həbib oğlu tərəfindən hazırlanmış əl işlərinin sərgisi təşkil edilmişdir. Məktəb kitabxanasında keçirilən “Dəyirmi masa” müstəqillik illərində yazılan bədii əsərlərlə şagirdləri tanış etmək, onlarda milli-mənəvi keyfiyyətlərin yüksəldilməsinə həsr olunmuşdur. Yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə müstəqilliyimizin 25 illiyi münasibəti ilə təntənəli yekun tədbir keçirilmişdir. 10b sinif şagirdi Leyla Zeynalova və 10a sinif şagirdi Sevinc Əyyubzadənin Müstəqillik gününə həsr olunmuş məruzələri dinlənilmiş və şagirdlərin hazırladıqları videoçarxlar nümayiş etdirilmişdir. Məktəbin direktoru Sevinc Tahirova müəllim və şagirdləri Azərbaycan Respublikasının Dövlət Müstəqillik Günü münasibəti ilə təbrik edərək onlara maraqlı və dəyərli işlərinə görə təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi