"İnformatika aylığı" çərçivəsində "Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi" mövzusunda nümunəvi dərs keçirilib

"İnformatika aylığı" çərçivəsində "Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi" mövzusunda nümunəvi dərs keçirilib. Məktəbin informatika müəllimi Elmira Fərzullayeva qeyd edib ki, 2010-cu il ölkəmizdə "Təhsildə İKT ili" elan edilmiş və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müsabiqələr keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. 6"C" sinif şagirdləri Leyla Süleymanova, Rəna Babai, Əli Atamalıyev, Əli Axundlu, Elmira Tağızadə çıxış edərək bildirmişlər ki, İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açan bir vasitədir. İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında bənd rolunu oynayır. Sonda şagirdlər bu mövzuda hazırladıqları təqdimatı nümayiş etdirərək maraqlı müzakirələr aparıblar və belə bir nəticəyə gəliblər ki, şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi onun təhsili davam etdirmək həvəsi artacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi