Şagirdlərimiz güllə atıcılığı yarışmasında iştirak ediblər

15 fevral 2022-ci il tarixində məktəbin 8 və 10-cu sinif şagirdləri hərbi rəhbər Fərqanə Hüseynovanın rəhbərliyi ilə 171 saylı tam orta məktəbdə keçirilən "Mahir nişançı" adlı güllə atıcılığı yarışmasında iştirak ediblər. Yarışmanın məqsədi gənc nəsildə vətənpərvərlik sevgisini daha da möhkəmlətmək, onların arasında 44 günlük Vətən müharibəsində "Dəmir Yumruq" dastanını yazmış igidlərimizin, "General mayor Polad Həşimovun" xələflərini yetişdirməkdir. Yarışma zamanı 8"A" sinif şagirdi Hüseynli Səfər və 10 "B" sinif şagirdi Həsənov Əkbər sərrast atıcılıq qabiliyyətləri ilə münsiflər heyətinin, yarış iştirakçılarının xüsusi rəğbətini qazanmışdır.