"İnformatika aylığı" çərçivəsində nümunəvi dərs keçirilib

"İnformatika aylığı" çərçivəsində dünya şöhrətli alim Lütfizadənin doğum günü ilə əlaqədar məktəbin informatika müəllimi Sevinc Əzimova 10 "B" sinfində nümunəvi dərs keçirib. Əvvəlcə şagirdlərə mərhum professorun həyat və yaradıcılığı haqqında məlumat verilib, videoçarx nümayiş olunub. Daha sonra alimin qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti, tətbiq sahələri haqqında danışılıb. Şagirdlər bu mövzuda hazırladıqları referatları təqdim ediblər, müzakirələr aparıblar.